Qonaqla əlaqələr üzrə menecer

Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

FLY INN BAKU

Bilməlidir:

Azərbaycan dili, İngilis dili və Rus dili;
Opera programı bilmək üstünlükdür.
Bacarmalıdır:

Ünsiyyət bacarığı;
Analitik düşüncə qabiliyyəti;
Operativlik;
Diqqətcil olmaq;
Məsuliyyət səriştəsinə sahib olmaq.
Xüsusi tələb:

Satış və ya ictimaiyyətlə əlaqələrdə, tərcihən qonaqpərvərlik və ya səyahət sahəsində iş təcrübəsi
Gözlənilən davranışlar:

Nizam-intizam;
Stresə dözümlülük;
Gülərüz və mehriban olmaq;
Komanda ilə işləmək bacarığı;
Səliqəli görünüm;
Yeniliklərə açıq olmaq
Vəzifə öhdəlikləri:

Qonaq şikayətləri ilə bağlı izləri daim təqib etmək və qonaq profili qeydlərini lazımi məlumatlarla yeniləmək;
Şikayətləri və xüsusi müştərilərin istəklərini həll etmək;
Xidmət səviyyələri barədə rəy almaq üçün qonaqlar ilə qarşılıqlı əlaqə qururulması;
Qonaqların otaqla bağlı yaranan problemlərini həll etmək;
Rezervasiyalar etmək, nəqliyyat təşkil etmək və yerli fəaliyyətlər barədə tövsiyələr vermək;
Housekeeping, yemək və içki və digər departamentlərlə əməkdaşlıq edərək qonaq məmnuniyyətini təmin etmək;
Çıxış prosesini idarə edərək təşəkkür etmək və rəy almaq.
İş qrafiki:

İş qrafiki: 1 növbəli (İş və istirahət vaxtı növbəli iş qrafikinə əsasən müəyyən edilir)
Əmək haqqı: Müsahibə əsasında bildiriləcək.
Nahar şirkət tərəfindən verilir;
İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.