Rəqəmsal həllər üzrə aparıcı analitik

Vaxtı bitib.

İş Təsviri

İcbari Sığorta Bürosu

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların yoxlanılması və dəyərləndirilməsi;
Proqram təminatının funksional testlərinin (front-end və back-end) aparılması və veb-servislərin keyfiyyətinə nəzarət edilməsi;
Daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətə nəzarət;
APİ sənədləşməsinin tərtibi və yoxlanılması;
Json, XML strukturlarından istifadə edərək APİ sənədlərinin hazırlanması;
Analiz və dizayn sənədlərinin hazırlanması;
Data modelin qurulmasında iştirak;
Postman, Swagger kimi alətlərlə işləmək;
İş axınlarını təsvir etmək üçün draw.io, MS Visio alətlərindən istifadə;
Dizayn və mockup formaların hazırlanması üçün Figma, Miro kimi vasitələrdən istifadə;
İri həcmli məlumat bazaları və SQL sorğuları ilə işləmək;
Vizuallaşdırma alətlərindən (məsələn, Power BI, Tableau və s.) istifadə etmə bacarığı;
Data analitika alətlərindən (Python və s.) biri ilə işləmə bacarığı (arzuolunandır);
Maraqlı tərəflərlə ünsiyyətin qurulması və onların tələblərinin toplanması;
Layihənin məqsədlərinə çatmaq üçün iş həcminin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətin təşkili;
Daxili hesabatların hazırlanması və təhlili;
Xarici və daxili işçi qrupları ilə koordinasiyalı əməkdaşlıq.
Namizədə dair tələblər:

Təhsil və təcrübə:

Ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Dil bilikləri:

Azərbaycan dili – əla;
İngilis dili – yaxşı;
Rus dili – yaxşı;
Texniki biliklər:

Microsoft Excel üzrə yüksək səviyyədə biliklər;
APİ sənədləşməsi və inteqrasiyası üzrə biliklər;
Json və XML strukturları ilə işləmək bacarığı;
SQL ilə işləmək bacarığı;
Postman, Swagger ilə işləmə bacarığı;
Draw.io, MS Visio, Figma, Miro kimi alətlərlə işləmə bacarığı;
Vizuallaşdırma və data analitika alətləri üzrə təcrübə (arzuolunandır – Python, Power BI, Tableau və s.);
Yumşaq bacarıqlar:

Analitik düşüncə və iri həcmli məlumatlarla işləmək bacarığı;
Məsuliyyətli, operativ və dəqiq olmaq;
Komanda ilə işləmək və yüksək kommunikasiya bacarığı;
Maraqlı tərəflərlə effektiv əlaqə qurmaq və tələbləri dəqiq ifadə etmək bacarığı.