Rəqəmsal həllərin analizi və tətbiqi şöbəsi – Şöbə rəhbəri

Vaxtı bitib.

İş Təsviri

İcbari Sığorta Bürosu

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

Şöbənin fəaliyyət istiqamətləri üzrə işin təşkili və ona rəhbərlik edilməsi;
Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, fəaliyyətin əlaqələndirilməsi və icra intizamına nəzarət;
Elektron xidmətlər, informasiya sistemləri və ehtiyatları üzrə texniki tədbirlərin və təkmilləşdirmələrin həyata keçirilməsi;
Büronun və ona bağlı qurumların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
İT layihələrinin icrasında aktiv iştirak və nəzarət;
Əməkdaşların İT sahəsində biliklərinin artırılması məqsədilə təlimlərdə iştirakının təşkili;
Proqram və texniki vasitələrin istismarı zamanı yaranan problemlərin həlli və əməkdaşlara dəstək göstərilməsi;
Yeni tətbiq edilən telekommunikasiya sistemləri və İT həlləri üzrə struktur bölmələrə metodiki dəstək verilməsi;
Ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması.
Fəaliyyət planlaşdırma və prioritetləşdirmə bacarığı
Əməkdaşların motivasiyası və performansının dəyərləndirilməsi
Strateji yanaşma və qərarvermə bacarığı
Çevik idarəetmə və dəyişikliklərə uyğunlaşma
Namizədə dair tələblər:

Təhsil və təcrübə:

Ali təhsil (İT və ya əlaqədar sahələr üzrə);
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Texniki və funksional biliklər:

Yüksək səviyyədə Microsoft Excel;
APİ sənədləşmənin tərtibatı və yoxlanılması;
Json, XML struktur təsviri və APİ hazırlanmasında iştirak;
Data modelin hazırlanması və rəy verilməsi;
Postman, Swagger ilə işləmək bacarığı;
Draw.io, MS Visio ilə iş axınlarının tərtibi üçün tapşırıqvermə və qaydaların müəyyənləşdirilməsi;
Figma, Miro kimi alətlərlə dizayn və mockuplar üzrə tapşırıqların hazırlanması;
İri həcmli məlumat bazası və SQL ilə işləmək bacarığı;
Vizuallaşdırma alətlərindən (Power BI, Tableau və s.) biri ilə təcrübə;
Data analitika alətlərindən (Python və s.) ən azı biri ilə işləmə bacarığı;
Proqram təminatının texniki tapşırıqlarının yoxlanılması və funksional testlərin aparılması;
Daxili biznes məntiqinin inkişafı və keyfiyyətə nəzarət;
Daxili və xarici işçi qruplarla effektiv ünsiyyətin qurulması;
Hesabatların hazırlanması və təhlili.
Yumşaq bacarıqlar:

Analitik düşüncə və iri həcmli məlumatlarla işləmə bacarığı;
Məsuliyyətlilik, operativlik və dəqiqlik;
Komanda ilə işləmək və idarəetmə bacarıqları.
Tənqidi yanaşma və obyektiv qiymətləndirmə bacarığı
Dil bilikləri:

Azərbaycan dili – əla;
İngilis dili – texniki sənədlərlə işləmə səviyyəsində;
Rus dili – arzuolunandır.