Rəqəmsal marketinq mütəxəssisi

Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

FINCA Azerbaijan

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı “Rəqəmsal marketinq mütəxəssisi” vəzifəsini elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
Rəqəmsal marketinq təqvimini idarə etmək;
Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Sizdən gözləntilərimiz:

Ali təhsil;
Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 2 ildən artıq təcrübə;
Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights,Tik-tok,Wordpress Facebook Business Manager, Google Tag Manager üzrə güclü bacarıq və təcrübə;
Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi.
SEO/SEM biliyi tələb olunur;
Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır
Ofis proqramlarında müstəqil işləmək bacarığı;
Əla analitik və təşkilatçılıq bacarığı.
Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
Azərbaycanın regionlarına səyahət etmək imkanı;
Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (əla), Rus dili (arzuolunandır)
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
İmtiyazlar

Tibbi Sığorta (işçini əhatə edən)
Həyat Yığım sığortasından istifadə etmək imkanı
Beynəlxalq iş mühütü
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.