Radio Şəbəkə Testləri üzrə kiçik mühəndis

İyun 16, 2025
Müraciət sonu: İyul 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Azertest

İşin Təsviri:

2G/3G/4G/5G mobil rabitə şəbəkələrində xüsusi test alətləri vasitəsilə, verilən test metodologiyalarına uyğun olaraq tələb olunan radio şəbəkə testlərinin yerinə yetirlməsi, nəticələrin analiz edilməsi və reportlarının hazırlanması.
Tələblər:

Ali və Orta ixtisas təhsilli ( əsasən Telekommunikasiya, İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi, Elektronika və s. oxşar ixtisasları bitirmiş gənclərə üstünlük veriləcək )
Hərbi mükəlləfiyyəti tamamlamış
İT və Telekommunikasiya sahəsində baza bilikləri
İngilis dilində texniki terminləri anlamaq
Çevik, öyrənməyə həvəsli, ünsiyyətcil, problem həll etmə və sərbəst işləmək bacarıqları
Sınaq müddəti: 1 ay (sınaq müddətində peşəkar mühəndislər tərəfindən işin incəlikləri öyrədilir və sınaq müddətinin sonunda sərbəst işləmək bacarıqları yoxlanılır)

CV-lərinizi “Radio Şəbəkə Testləri üzrə kiçik mühəndis” başlığı altında Müraciət Et düyməsində qeyd olunan E-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Mövzu başlığı olmayan CV-lər nəzərə alınmayacaq. Maaş və işin digər detalları müsahibəyə dəvət olunan namizədlərlə üzbəüz görüşdə danışılacaqdır. İş təcrübəsi tələb olunmur. Magistr pilləsində oxuyan birinci kurs tələbələri də müraciət edə bilərlər.