İş Təsviri
TAIS-IKF MMC
İş barədə məlumat
– Sosial media üçün (xüsusilə Instagram və TikTok) kreativ Reels və qısa videolar çəkmək və montaj etmək
– Tədbirlər, məhsullar və ya məkanlar üzrə peşəkar foto və video çəkilişlərini həyata keçirmək
– Çəkilən materialların montajı, rəng korreksiyası və vizual effektlərlə tamamlanması
– Kontent planına uyğun olaraq mütəmadi olaraq yeni ideyalar təklif etmək
– Brendin vizual üslubuna uyğun kontentlərin hazırlanmasını təmin etmək
– Komanda ilə birgə ideya sessiyalarında iştirak etmək və çəkiliş günlərini planlaşdırmaq.
Namizədə tələblər
– Foto və video çəkiliş sahəsində minimum 1 il təcrübə
– Adobe Premiere Pro, Final Cut Pro, Adobe Photoshop və Lightroom proqramlarını yaxşı səviyyədə bilmək
– Kreativ baxış, kompozisiya və işıqlandırma üzrə biliklər
– Trendləri izləmək və sosial media üçün uyğun kontentlər yaratmaq bacarığı
– Peşəkar kamera və avadanlıqlarla işləmək təcrübəsi
– Komanda ilə işləmək bacarığı və vaxtında işi təhvil vermək məsuliyyəti.