Referent

Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Azərbaycan Kredit Bürosu

AKB 270-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə referent axtarılır.

Vəzifə öhdəlikləri:

Rəhbərliyin keçirdiyi görüş və iclasların hazırlanması işini (lazımi materialların toplanması, iştirakçıların vaxt, yer və gündəlik barədə xəbərdar edilməsi) təşkil etmək;
Ümümi ofisə gələn zəngləri qəbul etmək, cavablandırmaq və aidiyyatı struktur bölməyə yönləndirmək;
Ofisin kargüzarlıq işinin təşkil olunmasını və idarə olunmasını həyata keçirmək, daxil olan məktubları qəbul etmək, qeydiyyatını aparmaq və müvafiq struktur bölməyə yönləndirmək;
Məktubların izlənməsi, poçt və email vasitəsilə göndərilməsinin təşkili;
Vəzifə öhdəliklərini vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirmək.
Tələblər:

Ali təhsil:
Müvafiq sahədə 6 ay iş təcrübəsi
MS ofis proqramları ilə işləmə bacarığı
Üstünlük verilən əlavə bilik və bacarıqlar:

Komandada işləmək bacarığı
Detallara diqqət
Stresin idarə olunması
Yüksək ünsiyyət bacarığı
Təşəbbüskar olmaq
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Referent” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.