Regionlar üzrə satış müdiri

Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

CAMAL LTD

Tələblər:

Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
Stressə davamlı
Yaş həddi 40 – 55 yaş arası.
Şəxsi avtomobilin olması vacibdir.
1C (8.3) istifadə bacarığı. Satışla bağlı hesabaların çəkilməsi və analizi.
Vəzifələri:

Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin idarə edilməsi;
Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
Satışın təhlili və sənədlərin idarə edilməsi. Günlük və aylıq satış hesabatlarının hazırlanması;
Gəncə, Yevlax, Qazax, Tovuz, Göyçay, Şirvan və sair bölgələri üzrə ezamiyyədə olmaq. Mövcud mağazalarla yaranmış iş münasibətinin analizi və sair satışla bağlı işlər.
Ezamiyyəyə getmə imkanı
Əlavə məlumat:

Əmək haqqı; 1800 AZN + bonus
Ezamiyyə xərclərinin və amortizasiya xərclərinin qarşılanması.
Korportiv nömrə ilə təminat.
Əlaqə məlumatları:

İnsan Resursları Şöbəsi
Tel: (012) 310 10 40 (daxili 226)
Əlaqə: (+994) 55 900 32 07
Ünvan: Bakı, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 “Camal” LTD şirkəti (Dondurma zavodu)
Maraqlanan namizədlərdən mövzu sətrində “Regionlar üzrə satış müdiri” qeyd etməklə CV – ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.