Resepşionist

İyul 16, 2025
AZN500 - AZN700
Müraciət sonu: Avqust 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Sabah Investment Group

İş şəraiti

İş yeri: Bakı şəhəri, Səbail rayonu, Sabah Residence kompleksi
Struktur: Satış Ofisi
Əməkhaqqı: 500–700 AZN (təcrübəyə əsasən)
Vəzifə öhdəlikləri:

Ofisə daxil olan qonaqların nəzakətli şəkildə qarşılanması və yönləndirilməsi
Telefon zənglərinin cavablandırılması və müvafiq struktur bölmələrə dəqiq yönləndirilməsi
Gələn sənədlərin və məlumatların qəbul edilməsi, qeydiyyatı və sistemə daxil edilməsi
Struktur bölmələrə inzibati dəstək göstərilməsi (məsələn: görüş otaqlarının təşkili, yazışmaların ötürülməsi və s.)
Excel və digər ofis proqramlarında gündəlik məlumatların işlənməsi və izlənməsi
Ofisin ümumi ab-havasının qorunması, təmiz və səliqəli iş mühitinin təmininə dəstək
Namizədə tələblər:

Ali və ya orta ixtisas təhsili
İngilis dilində sərbəst danışıq və yazı bacarığı – mütləqdir
Rus dili biliyi – üstünlükdür
Microsoft Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı
Yaxşı ünsiyyət və danışıq tərzi (diksiyası)
Xoş görünüşlü, səliqəli, nəzakətli və gülərüz
Detallara diqqətli, intizamlı və operativ işləmək bacarığı
Müştəri və qonaqlarla peşəkar davranış etikasına sahib olmaq
Təklif olunur:

Sabit və rahat iş rejimi
Rəqabətli əməkhaqqı
Gülərüz və peşəkar komanda ilə əməkdaşlıq
Karyera inkişafı üçün fürsətlər
Şirkət daxilində təlim və dəstək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.