İş Təsviri
International Bank of Azerbaijan
ABB “Risk həlləri sahəsinin QA üzrə mütəxəssisi/aparıcı mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
Biznes proseslərin manual testini icra etmək;
Reliz və deploylardan öncə umumi reqressiya testlərini icra etmək;
Yeni və mövcud biznes proseslərin testlərini avtomatlaşdırmaq;
Binzes tələblərini analiz edərək müvafiq test yanaşmasını təyin və tətbiq etmək;
Servis testlərini icra etmək;
Servis testlərini avtomatlaşdırmaq;
Avtomatlaşdırılmış test proseslərin monitorinqini həyata keçirmək;
Layihə üzrə Test planını və Test ssenarilərini hazırlamaq;
Test nəticələrini həmçinin, bug/defect hesabatını hazırlamaq;
UAT mərhələsində biznes nümayəndələrinə texniki dəstək göstərmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Uyğun sahə üzrə minimum bir il iş təcrübəsinə;
Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə;
Bank prosesləri barədə bilik və təcrübəyə (üstünlükdür);
Java proqramlaşdırma dili üzrə təcrübəyə (üstünlükdür);
SDLC üzrə ümumi nəzəri biliklərə;
QA(Manual – Avtomatlaşdırılma) Test sahəsi üzrə bilik və təcrübəyə;
Postman və SOAP UI bilən və təcrübəyə;
CI/CD sahəsi üzrə biliklərə sahib olan namizəddir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.