Risk şöbəsinin baş mütəxəssisi

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

AtaSığorta ASC

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə strategiyaların hazırlanmasında iştirak;
Risk reyestri və risk hesabatlarının hazırlanmasına rəhbərlik etmək;
Risklər üzrə təhlillər aparmaq və rəhbərliyə risk barədə məlumat vermək;
Tənzimləyici orqanlara təqdim edilən risk hesabatlarının hazırlanmasında iştirak;
Əməliyyat, kredit, sığorta, reputasiya və digər risklərin monitorinqi və qiymətləndirilməsi;
Şirkətin ümumi risk idarəetmə çərçivəsinin tətbiqinə və təkmilləşdirilməsinə dəstək vermək;
Risk modellərinin və təhlil alətlərinin tətbiqinə nəzarət və tövsiyələr vermək;
Risk mədəniyyətinin təşviqi məqsədilə təlimlərin keçirilməsində iştirak.
BİLİKLƏR:

İqtisadiyyat (xüsusilə, maliyyə) və ya hüquq üzrə ali təhsil;
Risk idarəetməsi sahəsində təlimlər və sertifikatlar (FRM, ISO 31000 – üstünlükdür);
Sığorta fəaliyyətində rəhbər tutulan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır.
Korporativ idarəetmə və risklərin idarəolunması bilik və bacarıqlar
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, İngilis dili biliyi zəruridir, rus dili biliyi üstünlükdür.
Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office – word əla, Excel əla, PPT əla səviyyədə).
TƏCRÜBƏ:

Əlaqəli sahədə minimum 3-4 il iş təcrübəsi;
Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır.
Hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi bacarığı.
Güclü analitik bacarıqlar və problem həll etmə qabiliyyəti;
İdarəetmə və komandaya yön vermə bacarığı olmalıdır.
ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ :

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Risk şöbəsinin baş mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız uyğun olan şəxslər müsahibəyə dəvət olunacaqdır.