Risk şöbəsinin müdiri

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

AtaSığorta ASC

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və təkmilləşdirilməsini təmin etmək;
Cəmiyyətin biznes proseslərinin təhlili və risklərin idarə olunması sisteminin qurulmasını təmin etmək;
Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək;
Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə kommunikasiyanın təmin olunması;
Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi, risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlamanmasında iştirak etmək;
Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
Sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
Şöbənin fəaliyyətini və fəaliyyətin hesabatlılığını təmin etmək;
Risklərin müəyyən edilməsi və idarə olunması zamanı ortaya çıxan problemlərin həlli istiqamətində zəruri tədbirlər görmək;
Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək.
Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
BİLİKLƏR:

İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı olmalıdır, İngilis dili biliyi zəruridir – B1 və yuxarı səviyyə, rus dili biliyi üstünlükdür.
TƏCRÜBƏ:

Risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə azı 4 (dörd) illik iş təcrübəsinə malik olmalıdır
Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır.
Məntiqi və analitik düşüncə;
Risklərin müəyyən edilməsi, qarşısının alınması tədbirləri görməyi və təqdimat bacarığı olmalıdır.
ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ:

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Risk şöbəsinin müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız uyğun olan şəxslər müsahibəyə dəvət olunacaqdır.