İş Təsviri
Bank of Baku
Vəzifə öhdəlikləri:
Bankın əsas proqram təminatlarının inkişaf etdirilməsi və optimallaşdırılması;
Yeni layihələrin mövcud sistemlərə inteqrasiya olunması və tətbiqinin təmin edilməsi;
Mövcud sistemlərdə dəyişiklik və təkmilləşdirmələrin həyata keçirilməsi;
Proqram təminatında yaranmış texniki problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması;
Texniki tapşırıqlara uyğun olaraq proqram komponentlərinin layihələndirilməsi və hazırlanması;
Java proqramlaşdırma dili və əlaqədar texnologiyalardan istifadə etməklə proqram təminatının hazırlanması və test olunması;
Tələblər:
Sahə üzrə 2 il və daha çox iş təcrübəsi
Ali təhsil- bakalavriat
Java proqramlaşdırma dili üzrə əsas biliklər (OOP prinsipləri, class, inheritance, exception handling və s.);
Java SE ilə sadə konsol və ya veb tətbiqlərin hazırlanması təcrübəsi;
Spring Framework (xüsusilə Spring Boot) haqqında ilkin biliklər;
Verilənlər bazası ilə işləmə üzrə baza səviyyəsində biliklər (SQL sorğuları, əsasən Oracle);
Sadə REST API-lərin istifadəsi və yaradılması üzrə anlayış;
IDE-lərdən (IntelliJ IDEA, Eclipse və s.) istifadə bacarığı;
Əsas debugging və log oxuma bacarığı;
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.