Şəbəkə inzibatçısı

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Aznet Technologies

Əmək haqqı: 1200 AZN (NET)

Tələblər:

Təhsil: Ali təhsil (İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə ali təhsili olanlara üstünlük verilir);
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzuolunandır;
Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.);
Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik, düzgün proqnoz vermək və təşkilatçılıq bacarıqları;
Vəzifələr:

LAN, WAN və WLAN şəbəkələri ilə işləmək bacarığının olması;
Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (MPLS, GPON, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, TCP/IP, DHCP v.s);
Müxtəlif şəbəkə avadanlıqların quraşdırılması və onlarla işləmək bacarığı (NGFirewall, Router, Switch, Access Point, Wireless Controller v.s);
Şəbəkədə yaranan problemlərin qısa müddətdə analizi və aradan qaldırılması;
Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı bütün aidiyyəti işçi qrupların məlumatlandırılması;
Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin, problemlərin qeydiyatının aparılması;
Şəbəkə avadanlıqlarının quraşdırılmasının optimal şəkildə həyata keçirilməsi;
Müntəzəm olaraq şəbəkəyə aid avadanlıq və sistemlərin monitorinq edilməsi;
Şəbəkəyə aid avadanlıq və sistemlərin loqlarının daimi və düzgün şəkildə aparılmasının təmin edilməsi;
Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti:

İş qrafiki: Növbəli iş qrafiki: səhər növbəsi, gecə növbəsi, 2 gün istirahət
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina 5 ci mərtəbə
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərilərkən məzmun yerində “Şəbəkə inzibatçısı” qeyd olunması mütləqdir.