İş Təsviri
ABB ASCABB ASC
ABB “Şəbəkə və əməliyyatların təhlükəsizliyi arxitekturası üzrə baş mütəxəssis” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
peşəkar kollektivdə çalışmağın üstünlüyü;
yüksək komanda ruhunda əməkdaşlıq;
karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
Böyük şəbəkə infrastrukturu üçün təhlükəsizlik həllərinin dizaynı, tətbiqi və dəstəyi.
Xarici və daxili sistemlərə təhlükəsiz qoşulmaların (site-to-site VPN, remote access, DMZ və s.) təhlükəsizlik tələblərinə uyğunluğunun təhlili və auditi.
Təhlükəsiz bağlantılarla bağlı layihələrin qiymətləndirilməsi və həyata keçirilməsində iştirak.
F5 BIG-IP platformasında (xüsusilə LTM, ASM, APM modulları) sistemlərin idarə olunması və sazlanması.
Palo Alto, Cisco ASA, FortiGate və digər firewall-ların idarə edilməsi və təhlükəsizlik qaydalarının qurulması.
IPS/IDS, Web Application Firewall, Reverse Proxy və digər müdafiə sistemlərinin inteqrasiyası.
DevOps, sistem inzibatçıları və memar komandaları ilə təhlükəsizliyin təmin olunması üçün sıx əməkdaşlıq.
Şəbəkə hadisələrinə reaksiya, trafik analizi və insident araşdırmaları.
Təhlükəsizlik infrastrukturuna dair texniki sənədlərin və arxitektur diaqramların hazırlanması.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (Əlaqəli sahələr üzrə);
Şəbəkə təhlükəsizliyi sahəsində 5 ildən çox iş təcrübəsi olan ;
Şəbəkə texnologiyaları və protokolları barədə dərin biliklər (TCP/IP, UDP, DNS, HTTP/S, IPsec, BGP, OSPF, NAT və s.
F5 BIG-IP sistemləri ilə işləmək təcrübəsi (xüsusilə iRules yazmaq bacarığı).
Daxili və xarici sistemlər arasında təhlükəsiz əlaqə layihələrində iştirak təcrübəsi.
Palo Alto, Cisco ASA, FortiGate kimi firewall sistemləri ilə təcrübə.
DMZ, Zero Trust, şəbəkə seqmentasiyası konseptləri barədə biliklər.
Şəbəkə diaqramları və texniki sənədlərin hazırlanması bacarığı.
İngilis dili – orta səviyyə (Intermediate) və ya daha yüksək.
Cloud WAF-lar (Cloudflare, AWS WAF, Azure Front Door və s.) ilə işləmək təcrübəsi üstünlükdür.
DDoS hücumlarına qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi bacarığı üstünlükdür.
Sertifikatların mövcudluğu: F5 LTM&ASM, PCNSA, CCNP Security, CEH üstünlükdür
Avtomatlaşdırma sahəsində ilkin biliklər (Python, Ansible və s.) üstünlükdür.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.