İş Təsviri
OnWay
Vəzifə təlimatı:
Şirkətlərin sosial media hesablarının (instaqram,fb,linkedin,youtube,tiktok) idarə edilməsi;
Sosial Media reklam strategiyalarının hazırlanması,aylıq post planının hazırlanması, mövzuya uyğun kontentlərin hazırlanması və yerləşdirilməsi və icras;
Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması;
Satış məqsədləri üçün pr və reklam mətnlərinin hazırlanması;
Reklam kampaniyalarının yaradılması, idarə edilməsi və effektivliyinin ölçülməsi;
Bazar araşdırması, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
Səhifəyə gələn sorğuların aidiyatı şəxsə yönləndirilməsi;
Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
Xüsusi, əlamətdar günlərlə bağlı paylaşımların hazırlanması;
Məmnun müştərilərlə bağlı, mütəmadi olaraq post hazırlanması və səhifədə paylaşılması. Məmnun müştərilərlə əlaqə saxlanılmasıı;
Yeniliklərlə bağlı paylaşımla bərabər, müştərilərə mail, push notification göndərilməsini, xəbərin paylaşılmasının təmin edilməsi;
Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi;
Şirkətin müştəri və təchizatçılarla əlaqədə olan əməkdaşlarına müştərilərə təqdim edilməli olan məlumatların şablonlarının təqdim edilməsi;
Onwey protal və tətbiqində bannerlərin hazırlanması və yerləşdirilməsi;
Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Heç bir halda şirkətin haqda,məlimatların üçüncü şəxslərə verməməsi proqramının kodlarını başqa şəxslərə verməmək və hər hansı qeyri qanuni fəaliyyətə girməmək.
Tələblər:
22 -yaş dan yuxarı şəxslər;
Təhsil- Ali
İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti
Azərbaycan (ana dilini) qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
Əmək haqqı – Plan və nəticələrə əsasən.
İş qrafiki -Sərbəst