İş Təsviri
TVM Construction
Vəzifə öhdəlikləri:
Müxtəlif layihələrinin memarlıq bölməsinin yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
Bina və tikililərin, memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi.
Namizədə olan tələblər:
Ali təhsil (Memarlıq və ya inşaat mühəndisliyi üzrə);
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
ArchiCad, AutoCAD, 3D Max;
“BOQ” və “Specification” hazırlamaq bacarığı;
İnteryer bitiş detalları həlli verə bilmək bacarığı;
Məsuliyyətlilik və komandada işləmək bacarığı.
Əlavə məlumat:
İş yeri: İşğaldan azad olunmuş ərazi (Xankəndi şəhəri-hazırda)
Qalmaq yeri və gündə 3 dəfə qidalanma.
Əmək haqqı: bilik və bacarıqlar əsasında təyin olunacaq.