Santexnik (region)

İyun 5, 2025
AZN13 - AZN1500
Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Foton

Nə təklif edirik?

Aylıq NET əmək haqqı: 1300-1500 AZN
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:

Xidmət olunan isitmə sistemlərinə, su təchizatına, kanalizasiya sisteminə, qaz təchizatına, sanitar qovşaqları və hamam otaqlarına nəzarət, onların saz vəziyyətdə olmasını və vaxtında keyfiyyət təmirini və ya yenilənməsini təmin etməli;
İsitmə sisteminin, sanitar texniki sistemlərinin, su təchizatı, kanalizasiya sisteminin, su boruları, eləcə də bütün boru kommunikasiyaların, onların mürəkkəb detallarının, qovşaqlarıının sökülməsi və yığılmasını həyata keçirməli;
Müəssisənin nasaz olan və ya sıradan çıxmış boru xətlərinin vaxtında və keyfiyyətli şəkildə təmirini həyata keçirməli;
Təmirdən sonra texniki sistemlərin və fitinqlərin sınağını həyata keçirməli;
Texnoloji avadanlıqların yuyularaq təmizlənməsini həyata keçirməli;
Yanğındansöndürmə stansiyasında nasoslara və su çənlərinə nəzarət etməli;
Müəssisənin bütün kommunikasiya xətlərinin nasazlıqlarının aradan qaldırılması üçün tələb olunan mal və materialların alınması üçün bölmə rəhbərini vaxtında məlumatlandırmalı;
Gündəlik texniki yoxlama vərəqində qeydlərini apararaq bölmə rəhbərinə təhvil verməli;
Namizədə aid tələblər:

Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
Müvafiq sahə üzrə (santexnik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və istismar sahələrinə dair santexnik standartları və tələbləri üzrə əsaslı biliklər;
Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
İş şəraiti:

İş rejimi: 5 günlük
İş yeri: region
İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.