İş Təsviri
Blue Planet Distribution
İş şəraiti:
Şöbə: Satış
İş yeri: LUX seqment
Vəzifə öhdəlikləri:
Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək;
Müştəri məmnuniyyətinin təmin olunması;
Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun məlumatın verilməsi;
İş əsnasında şirkətin peşəkar satış üsullarını öyrənmək və effektiv şəkildə istifadə etmək;
Müştəri xidmətləri standartına uyğun xidmət göstərmək;
Namizədə tələblər:
Lüks pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və Rus dillərini səlis bilmək (İngilis dili arzuolunandır);
Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı;
Dinamik, səbrli və gülərüz olmaq;
Məsuliyyətli olmaq.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Satıcı-məsləhətçi Lux seqment” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.