İş Təsviri
AYTA LTD MMC
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir
MS Office proqramlarından sərbəst istifadə bacarığı
LOGO TİGER proqramında işləmək bacarığı
İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
İş haqqında məlumat:
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
Satınalmanın həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirmək;
Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparılmaq və optimal təklifin rəhbərliyə təqdim etmək;
İcra olunan əməliyyatların reyestrini aparmaq;
Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilmək.
Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış;
Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
Təchizat və satınalmanın ümumi prinsipləri və prossesləri barədə məlumatlı olmaq;
Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət.
Daxili bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi.
Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
Daxili və Xarici sifarişçilərdən daxil olan sorğuların (malların və xidmətlərin) mövcud təchizatçılardan satınalımasını təmin etmək;
Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
Təchizatla əlaqədər rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək;
Təminatlar:
Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.