Satınalma üzrə mütəxəssis

Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Insurance

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

Sığorta şirkətinin ehtiyacları üçün tələb olunan malların və xidmətlərin şirkətin Satınalma prosedur və qaydalarına uyğun olaraq alışının həyata keçirilməsi;
Elektron platformada tender və kotirovka müsabiqələrinin keçirilməsi;
Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təhlilinin aparılması və optimal təkliflərin rəhbərliyə təqdim olunması;
Müqavilələrin hazırlanması, təsdiqlədilməsi və aidiyyatı strukturlara təqdim edilməsi;
Sənədlərin operativ qeydiyyatının aparılması;
Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət;
Öz fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlaması və platformaya yükləməsi;
Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə icrası.
BİLİKLƏR VƏ BACARIQLAR (tələblər)

Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Ali təhsil;
Dil bilikləri: Azərbaycan, rus və ingilis dilində işgüzar danışıq bacarığı;
MS Office proqram təminatı paketi xüsusi ilə də MS Exceldə sərbəst işləmək bacarığı;
Ünsiyyət qurmaq bacarığı;
Dəqiqlik;
Təşəbbüskarlıq;
Məsuliyyətlilik və hesabatlılıq;
Analitik düşüncə qabiliyyəti;
İTC mal və xidmətləri alışı üzrə təcrübənin olması arzuolunandır;
1C proqramında işləyə bilməsi arzuolunandır.