İş Təsviri
Baku Electronics
“Baku Electronics” hal-hazırda Pərakəndə Satış Departamentinə “Satış məsləhətçisi” vakansiyası üzrə namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi tələblər:
Satış sahəsində iş təcrübəsi azruolunandır;
Yüksək ünsiyyət və inandırma bacarığı;
Sürətli mühitdə işləmə və bir neçə tapşırığı eyni anda idarə edə bilmək qabiliyyəti;
Əməliyyatların aparılması üçün ilkin riyazi biliklər;
Müxtəlif iş növbələrində işləmək bacarığı;
Dil bilikləri: Rus dili biliyi azruolunandır.
Vəzifə öhdəlikləri:
Müştəri ehtiyacı və tələblərini müəyyənləşdirərək, məhsul və xidmətlərin uyğun olaraq təqdim edilməsi;
Cavabdeh olduğu sahə üzrə mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına uyğun riayət edilməsi;
Satış hədəflərinin həyata keçirilməsinə dair fəaliyyətlərin icra edilməsi;
Məhsul satışından sonra göstəriləcək xidmətlərin təqib edilməsi;
Satış performansının artırılması istiqamətində mağaza rəhbərin tapşırıqlarını icra edilməsi;
Müştəri sorğularının cavablandırılması və yaranacaq problemlərin peşəkar şəkildə həll edilməsi;
Qüvvədə olan kampaniya şərtlərinin icrasını təmin edilməsi.