İş Təsviri
Şərg salatlar
İş barədə məlumat
– Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək.
– Satış komandası qurmaq, idarə etmək və motivasiya etmək
– Müştəri bazasını genişləndirmək, yeni müştərilər cəlb etmək
– Mövcud müştərilərlə əlaqələri qorumaq və inkişaf etdirmək
– Satış planlarını, hədəflərini müəyyənləşdirmək və yerinə yetirilməsini təmin etmək
– Satış nəticələrini izləmək, analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək
– Bazarı analiz etmək və rəqiblərin fəaliyyətini izləmək
– Satış proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üçün təkliflər vermək
– Qiymət siyasətinə, məhsul təqdimatına və satış kampaniyalarına nəzarət etmək
– Komanda üçün satış təlimləri və inkişaf proqramları təşkil etmək
– Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi
– Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
– Şirkətin satış strategiyasının hazırlanması
– Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
– Satış üzrə təqdimat və təkliflərin hazırlanması
– Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması
– Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq;
– Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi.
– Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
– Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq.
– İş yeri Novxanı kəndi,123 marşrut müəssənin qarşısından keçir. (Sumqayıt -Azadlıq)
Namizədə tələblər
– Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üstünlükdür)
– Qida sektorunda satış sahəsində minimum 5 il iş təcrübəsi (müdir vəzifəsində təcrübə üstünlükdür)
– Güclü liderlik və komanda idarəetmə bacarığı
– Satış texnikaları və müştəri münasibətləri sahəsində biliklər
– Analitik düşüncə və problem həll etmə bacarığı
– Yüksək ünsiyyət və təqdimat bacarıqları
– Strateji planlama və hədəf yönümlü işləmək bacarığı
– MS Office proqramlarını sərbəst istifadə bacarığı.