Satış təmsilçisi

Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Arkoz Qazax Sement Zavodu MMC

Namizədə aid tələblər:

Ali təhsilli olmalı,
Rus və İngilis dilini bilməli,
Tələb olunan sahə üzrə minimum 1 il iş təcrübəsi olmalı,
Ofis proqramlarında sərbəst işləməyi bacarmalı,
İşlə əlaqədar bölgələrə səyahət edə bilməlidir.
Əsas əmək funksiyaları:

Cavabdeh olduğu ərazi üzrə satış strategiyasına uyğun siyasəti həyata keçirtmək, kiçik korporativ müştərilərə, distribüterlərə və pərakəndə diler şəbəkəsinə satış prosesinə nəzarət etmək,
Öz ərazisinə məxsus pərakəndə satış hədəflərini təmin etmək,
Rəqiblərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq,
Aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək,
Pərakəndə diler şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək,
Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək,
Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərini araşdırılmasına dəstək göstərmək,
Pərakəndə və topdan satıcılarla, tikinti şirkətləri ilə mütəmadi olaraq görüşlər keçirmək,
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək,
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əsas təminatlar:

Naharla təmin olunur,
Aylıq mobil rabitə limiti ilə təmin olunur,
Avtomobil və yanacaqla təmin olunur.
Əmək haqqı razılaşma yolu ilə təyin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satış təmsilçisi” qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.