İş Təsviri
Badamdar Hotel & Residences
Əmək funksiyası:
Qonaq məmnuniyyətinin bütün işçilər tərəfindən saxlanılmasına nəzarət etmək;
Mehmanxananın dəyərləri ilə qonaq gözləntilərinin qarşılıqlı şəkildə fəaliyyətini təmin etmək;
Tədbirlər üçün satış məqsədlərinin formalaşdırılması, təkliflərin və müqavilələrin hazırlanması;
Əyləncə və tədbirlərin fəaliyyət planının hazırlanması;
Qonaqlarla və korporativ müştərilərlə əlaqələrin qurulması;
Satış müzakirələrinin və yazışmalarının aparılması;
Məlumat və broşürlar üçün materialın hazırlanması və korporativ müştərilərə, qonaqlara göndərilməsi;
Tədbirlər barəsində sorğuların qəbulu, icrası və məlumatların müvafiq şöbələrlə əlaqələndirilməsi;
Tədbirlərdə nəzərdə tutulmuş qida və içki təkliflərinin yoxlanılması;
Effektiv PR plan hazırlanması;
Sosial mediada mehmanxana haqqında məlumatın mütamadi şəkildə yenilənməsi;
İnteraktiv promo aksiyaların həyata keçirilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi üçün müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq fəaliyyət planların hazırlanması
Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
Qrafik dizaynerlərlə, fotoqraflarla, videoqraflarla, çap agentlikləri ilə, marketinq və PR agentlikləri ilə, media nümayəndələri ilə əlaqələrin qurulması;
Tələblər:
Təhsil: Ali;
Bilik və Bacarıqlar:
Təhlil bacarığı;
Texnoloji Bacarıq (məzmun idarəetmə platformaları, marketinq avtomatlaşdırma vasitələri, sosial media);
Layihənin idarə olunması;
Təqdimat Bacarıqları/İctimai Natiqlik;
Satış Bacarıqları;
Məzmun idarəetmə bacarıqları;
Müştəri münasibətlərinin idarə edilməsi;
Rəhbərlik və komandayla iş;
İnandırma bacarığı;
Yaradıcılıq;
Əməkdaşlıq etmə bacarığı;
Həvəsləndirmə bacarığı;
Özünə inam;
Əzmkarlıq;
Vəzifə təlimatı:
Mentorluq;
Şəxslərarası ünsiyyət bacarıqları;
Qonaq məmnuniyyəti;
Müştəri psixologiyası;
Müqayisə etmə bacarığı;
Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
Kompüter bilikləri:
Sosial media platformaları(tələbə uyğun olaraq);
Microsoft Office.
Opera PMS
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
Rus və ingilis dili –əla;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və
SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:
Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;