İş Təsviri
Göygol Lake Resort MMC
Şöbə: Security
Yerləşmə: Göygol şəhəri
Vəzifə öhdəlikləri:
Otelin mühafizə və təhlükəsizlik strategiyasını işləyib hazırlamaq, tədbirlər planını formalaşdırmaq və həyata keçirmək.. Otelə daxil olan şəxslərin (qonaqlar, əməkdaşlar, təchizatçılar, qonaqların qonaqları və s.) qeydiyyatı və nəzarət mexanizmlərini qurmaq və daim təkmilləşdirmək.
Otelin bütün obyekt və sahələrində fiziki və texniki təhlükəsizlik tədbirlərinə (mühafizə postları, video müşahidə sistemləri, giriş-çıxış nəzarət sistemləri, siqnalizasiya və s.) tam nəzarət etmək.
Fövqəladə hallar (yanğın, partlayış, texnogen və təbii fəlakətlər, təxliyə halları və s.) üzrə fəaliyyət planlarını hazırlamaq, işçi heyətinə bu barədə təlimatlar keçmək və mütəmadi təlimlər təşkil etmək.
Risklərin qiymətləndirilməsi və təhlükəsizlik boşluqlarının müəyyən edilməsi üçün mütəmadi monitorinqlər və daxili auditlər aparmaq.
Tabeçiliyində olan işçilərin işə qəbulunu, təlimatlandırılmasını və peşəkar hazırlığını təşkil etmək.
Mühafizə heyətinin aylıq qrafikini tərtib etmək, davamiyyətini izləmək və əməyin qiymətləndirilməsi üzrə rəhbərliyə hesabat təqdim etmək.
Şübhəli şəxslərlə bağlı halları təhlil etmək, zəruri hallarda hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq və müvafiq prosedurların icrasını təşkil etmək.
Oğurluq, itki, qanun pozuntusu və ya intizam qaydalarının pozulması halları ilə bağlı araşdırmaları aparmaq və aktlar tərtib edərək rəhbərliyə təqdim etmək.
Təhlükəsizlik sistemlərinə dair bütün texniki və inzibati sənədlərin vaxtında və düzgün şəkildə aparılmasına nəzarət etmək.
Otelin yüksək səviyyədə imicini qorumaq məqsədilə təhlükəsizlik heyətinin davranış mədəniyyətini təmin etmək və kommunikasiya standartlarına nəzarət etmək.
Tələblər:
Təhlükəsizlik sahəsində minimum 5 illik təcrübə,
Liderlik və idarəetmə bacarıqları,
Təşkilatçılıq və problem həll etmə qabiliyyəti,
Yaxşı kommunikasiya və komanda işi bacarığı,
Azərbaycan dili, rus və ya ingilis dili mütləqdir
Detallara diqqətli olmaq,
Müzakirə və inandırma qabiliyyəti,
Kritik düşünmə və təhlil,
Problemlərə həll edici yanaşma,
Yeniliyə açıqlıq,
Yaradıcılıq,
Analitik düşünmə,
Uyğun namizədlər, CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.