İş Təsviri
Oven Food Bakery
Vəzifə öhdəlikləri:
İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirləri hazırlamaq və həyata keçirmək;
Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərini araşdırmaq, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək;
Potensial təhlükə mənbəyi olan iş metodları, prosesləri və ya materialları üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirləri tövsiyə etmək;
Təhlükəsizlik üzrə təlimat vermək, təhlükəsizlik ləvazimatlarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və işçiləri vaxtında məlumatlandırmaq;
Gördüyü işlərin həftəlik və aylıq hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
Namizədə olan tələblər:
Təhsil: Ali (Baynəlxalq Təhlükəsizlik Sertifikatı üstünlükdür)
SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2-3 illik iş təcrübəsi;
Azərbaycan dilini sərbəst (ingilis və rus dili biliyinin olması üstünlükdür)
FHN tərəfindən verilmiş SƏTƏM sahəsi üzrə şəhadətnamə;
SƏTƏM normativləri və beynəlxalq standartları;
Yaxşı ünsiyyət və komanda ilə işləmə qabiliyyəti;
Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmə;
İş şəraiti:
İş rejimi: Növbəli;
Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq;
Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
İş yeri: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.