İş Təsviri
Oba Market MMC
İş barədə məlumat
– İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
– İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
– Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.
– Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.
– İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
– Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
– Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
– İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
– Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;
– İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
– İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
– Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
– Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
– Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təminatlar:
– Nahar Ödənişi
– Nəqliyyat və amortizasiya xərci.
– Korporativ nömrə.
Namizədə tələblər
– Təhsil səviyyəsi: Ali
– İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
– Avtomobil (Mütləq) (Yanacaq xərcləri qarşılanır)
– Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər
– Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır
– Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SƏTƏM üzrə mütəxəssis (Gəncə)”yazaraq cv@oba.az mail ünvanına göndərmələri xahiş olunur.