İş Təsviri
Zaferoğlu İnşaat
İş barədə məlumat
– Tikinti və təmir layihələri üzrə smeta sənədlərinin hazırlanması və vaxtında təhvil verilməsi
– Layihə sənədləri, tikinti norma və qaydalarına uyğunluğun yoxlanılması
– Layihə və smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən edilməsi və düzəlişlərin aparılması
– Layihə icrası zamanı baş verən dəyişikliklərin smeta sənədlərinə daxil edilməsi
– Sahələrdən gələn texniki hesabatların yoxlanılması və aylıq hesabatların hazırlanması
– Podratçılar tərəfindən təqdim olunan smeta sənədlərinin yoxlanılması və uyğunluğun təmin edilməsi
– Tikinti materiallarının və iş həcmlərinin dəqiq hesablanması.
Namizədə tələblər
– İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
– Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
– MS Office (xüsusilə Excel) və AutoCAD proqramlarında yüksək səviyyədə işləmə bacarığı
– Tikinti norma və qaydaları, smeta hesablama metodikaları üzrə biliklərə
– Analitik düşüncə və detallara diqqət
– Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.