İş Təsviri
Ram Solutions
Əsas hədəfimiz:
Məhsula uyğun kontentlər hazırlamaqla, həm reklam, həm də orqanik satışların dahada artmasını təmin edən, trendləri daim izləyən və onları operativ şəkildə tətbiq etmə bacarığına sahib mütəxəssis axtarırıq!
Vəzifəyə dair gözləntilər:
Sosial media reklam məzmunlarının hazırlanması və paylaşım proseslərinə nəzarət
Instagram və TikTok platformalarında hədəf kütləyə uyğun effektiv reklam yerləşdirilməsi (Ads Manager, Meta Business, TikTok Ads)
Reklam nəticələrinin daimi təhlili və optimizasiya üzrə qərarların verilməsi
Mövzuya uyğun orijinal kontent (mətn, vizual, video) seçimi və ya hazırlanmasının təşkili
Rəqəmsal yeniliklərin izlənilməsi və tətbiqi
Gündəlik nəticələrin izlənməsi və hesabatların təqdim olunması
Namizəddən gözlədiklərimiz:
Cins: Xanım namizədlərə üstünlük veriləcəkdir
Reklam nəticələrini real statistikalarla sübut edə bilmək (intervyuda şərtdir)
Böyük reklam büdcələrinin idarəsində praktik təcrübə
Yaş aralığı: 24–30
Minimum 3 il iş təcrübəsi
Facebook, Instagram, TikTok platformalarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı
Meta Business Manager və Ads Manager alətlərində təcrübə
Tədqiqat yönümlü düşüncə və yeniliklərə açıq yanaşma
Təklif etdiyimiz:
Əmək haqqı: 1000 AZN + nəticələrə əsaslanan bonus
Gəlirinizi öz performansınız müəyyən edəcək