İş Təsviri
AREA Daşınmaz Əmlak Agentliyi
İş barədə məlumat
Vəzifələr:
– Şirkətin sosial şəbəkələrdə (Instagram, Facebook, TikTok və s.) tanıtım strategiyalarının hazırlanması və həyata keçirilməsi.
– Bütün platformalarda kontentin idarə olunması: kontent planlarının tərtibi, mətnlərin yazılması, foto və video materialların seçilməsi.
– Reklam kampaniyalarının və paylaşımların effektivliyinin təhlili (əhatə dairəsi, izləyici aktivliyi, konversiyalar) və nəticələrə əsasən düzəlişlərin edilməsi.
– Bloqerlər və tərəfdaşlarla birgə aksiyaların keçirilməsi üçün əməkdaşlıq.
– Sosial şəbəkələrdə reklam kampaniyalarının hazırlanması və idarə olunması (target reklamlari, storilər vasitəsilə tanıtım, müsabiqələr və s.).
– Sosial şəbəkələr üzrə fəaliyyətin nəticələri ilə bağlı hesabatların hazırlanması.
– SMM və rəqəmsal marketinq sahəsində trendlərin və yeniliklərin izlənməsi.
Şərtlər:
– Əmək haqqı razılaşma əsasında.
– Mehriban və yaradıcı komanda.
– Təlim və peşəkar inkişaf imkanları.
– Maraqlı layihələrdə və tədbirlərdə iştirak.
Namizədə tələblər
– Smm sahəsində ən azı 1 il iş təcrübəsi.
– Müxtəlif platformaların xüsusiyyətləri və alqoritmləri barədə bilik.
– Kreativ düşüncə və kontent üçün ideyalar yaratmaq bacarığı.
I= nstagram Ads və digər platformalarda reklam kampaniyaları yaratmaq təcrübəsi.
– Komandada işləmək və eyni anda bir neçə layihəni idarə etmək bacarığı.
– Texniki sənədləri başa düşəcək səviyyədə ingilis dili biliyi (arzuolunandır).
Əgər komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi və portfolionuzu (əgər varsa) elektron poçt ünvanına göndərin.
Mövzu sətrində “Smm Mütəxəssisi” yazmağı unutmayın.