İş Təsviri
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Struktur bölmənin adı Bazar davranışlarının tənzimlənməsi departamenti, Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi
Hesabatlı olduğu vəzifə Departament direktoru
Vəzifənin funksiyaları:
Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərilməsini təmin edir;
Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
Texniki biliklər
Normayaratma üzrə biliklər– yüksək səviyyədə
Maliyyə məhsullarının analizi üzrə ümumi biliklər – yüksək səviyyədə
Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – yüksək səviyyədə
Bank qanunvericiliyi – orta səviyyədə
Davranış kompetensiyaları
Analitik təhlil etmə
Ünsiyyət qurma
İnnovativlik və kreativlik
Vaxtın idarəedilməsi
Təcrübə
Maliyyə sektorunda müvafiq istiqamət üzrə minimum 5 il təcrübə
Müvafiq istiqamət üzrə rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır
Təhsil
Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə
Kompüter bacarıqları
MS Office-Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.