İş Təsviri
Ramada Plaza by Wyndham Gəncə
Şöbə: Spa
İş yeri – Ramada Plaza by Wyndham Gəncə
Vəzifə öhdəlikləri
SPA mərkəzinin gündəlik fəaliyyətini idarə etmək və təşkil etmək;
İşçi heyətinin iş qrafikini tərtib etmək, işçilərin işinin keyfiyyətinə nəzarət etmək;
SPA prosedurlarının və xidmətlərinin standartlara uyğun aparılmasını təmin etmək;
Müştəri şikayət və təkliflərini vaxtında və effektiv şəkildə həll etmək;
Yeni SPA xidmətləri və kampaniyaların hazırlanması və həyata keçirilməsində iştirak etmək;
Maliyyə və hesabat işlərinin aparılmasına kömək etmək, büdcəyə riayət etmək;
Təhlükəsizlik və sanitariya normalarının pozulmamasına nəzarət etmək;
İşçilərin təlim və inkişaf proqramlarını təşkil etmək, motivasiya sistemini idarə etmək;
Tələblər:
SPA və ya oxşar sahədə menecment üzrə ən az 3 il təcrübə;
Yüksək kommunikasiya və komanda idarəetmə bacarıqları;
Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı;
Azərbaycan dili mükəmməl, rus və ya ingilis dilindən biri mütləqdir;
MS Office proqramlarını bilmə;
Liderlik və təşəbbüskarlıq xüsusiyyətləri.
Namizədlərin Gəncə şəhəri və ətraf rayonlarda olması daha arzu olunandır.