İş Təsviri
TayqaTech LLC
“SQL Developer (middle)” vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc mütəxəssis axtarırıq. İş prossesində real praktikaya yiyələnərək, proqramlaşdırma, layihə, məhsul, test və dəstək komandaları ilə sıx işləyəcək.
Görüləcək işlər
SQL sorğuları, stored procedure və funksiyaların hazırlanması və optimallaşdırılması
Database obyektlərinin (view, index və s.) analizi, yaradılması və optimallaşdırılması
Database performansının artırılması, monitorinqi və problemlərin aradan qaldırılması
Backend proqramçıları və layihə mütəxəssisləri ilə məlumat inteqrasiyası və hesabatlar üzərində birgə iş
Database həllərinin, data modellərinin və sxem dizaynının hazırlanmasında iştirak
Hazırlanan kodun və görülən işlərin sənədləşdirilməsi
Tələblər:
MS SQL Server verilənlər bazası ilə 2 il iş təcrübəsi (kurs, təcrübə və öyrənmə müddəti nəzərə alınmır)
Sorğuların optimallaşdırılması və indexləşdirmə metodlarının bilməsi
Verilənlər bazasının dizaynı, normallaşdırılması və modelləşdirilməsi haqqında biliklər
Stored procedure, function və view-larla işləmə təcrübəsi
Analitik və problemləri həll etmə bacarığı
Komanda daxilində əməkdaşlıq və ünsiyyət bacarığı
Data warehousing konsepsiyaları ilə tanışlıq, ETL prossesləri və APİ inteqrasiya ilə təcrübə üstünlükdür.
İnformasiya texnologiyaları və ya oxşar ixtisaslardan məzun olmuş tələbələrə üstünlük veriləcək.
Maraqlananlar CV formalarını Müraciət Et düyməsində qeyd olunan e-poçt adresinə “SQL Developer” başlığı ilə göndərə bilərlər.