İş Təsviri
Azericard
Vəzifəyə olan tələblər:
Ali təhsil (üstünlük texniki ixtisas);
SQL sahəsində ən azı 2 illik iş təcrübəsi;
PL/SQL proqramlaşdırma dilində ən azı 1 illik iş təcrübəsi;
Proqramlaşdırma prinsipləri və dilləri haqqında biliklər;
Proqram təminatının hazırlanma texnologiyaları haqqında biliklər;
Windows, Linux əməliyyat sistemlərinin biliklər və işləmək bacarığı arzu olunandır;
Şirkət tərəfindən xidmət göstərən avadanlıqlarının quruluşu, fəaliyyət prinsipləri və proqram təminatları haqqında bilikləri;
Şirkətin informasiya sistemlərinin quruluşu və işləmə prinsipləri haqqında bilikləri;
Şirkət fəaliyyətinin əsas istiqamətləri və xidmətləri haqqında biliklər;
Bir komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik;
Müxtəlif mənbələrdən alınan böyük həcmli məlumatlarla işləmək bacarığı, sistematik düşüncə və analitik təhlil qabiliyyəti.
Vəzifə öhdəlikləri:
İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurur və həyata keçirir;
Hesabat tələblərini təhlil edir və istənilən hasilat sistemi təsiri ilə tələb olunan hasilatı ən optimallaşdırılmış şəkildə həyata keçirir;
Rahat hesabat icrasını dəstəkləmək üçün komanda üzvü ilə bilik və təcrübə paylaşır;
İdarəetmə hesabatını qurmaq və saxlamaq üçün rəhbərliyə lazımi məlumatları təqdim edir;
Açılan və paylanan sorğuların vaxtdan səmərəli şəkildə işlənməsini təmin edir.
Namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.