İş Təsviri
Coffee Moffie
İş barədə ümumi məlumat:
Coffee Moffie-in qüsursuz və davamlı fəaliyyətini təmin etmək.
Coffee Moffie heyətinə rəhbərlik (istiqamətləndirmə, coaching, komanda quruculuğu, motivasiya, özünü inkişafa kömək, işlərini dəyərləndirmək təlimlərin və ümumilikdə sağlam iş mühitinin təşkili);
Kadr qərarlarının qəbul edilməsi (işə qəbul, təlim, qiymətləndirmə, nizam-intizam, işdən azad etmə, işçi heyətin yerləşdirilməsi və cədvəli);
Rəhbərlik etdiyi əməkdaşların iş yükünü bölüşmək (pik saatlarda və ya iş növbəsində əməkdaşlarla komanda üzvü kimi çiyin-çiyinə çalışmaq);
Qonaq məmnuniyyətinin təmini;
Qonaqlarla ünsiyyətin idarə edilməsi;
Qonaqlara xidmətin keyfiyyətinin qorunması və inkişaf etdirillməsi;
Məhsulların keyfiyyətinin təmin edilməsi;
Əməkdaş şirkətlərlə münasibətlərin idarəsi;
Qəhvə mədəniyyətinin təbliği, marifləndirmə, təqdimat və s. (qəhvə barədə bilik və təcrübə şərt deyil, treninqlərə göndəriləcək seçilən namizəd)
Yaranan problemlərə sürətli, ən məqbul həll tapmaq
Təmizlik, təhlükəsizlik, sağlamlıq standartlarına nəzarət
Namizədə tələblər:
Təşəbbüskarlıq: mövcud xidmət keyfiyyətinin qorunması ilə yanaşı inkişaf etdirmək üçün davamlı təşəbbüs göstərmək.
Ünsiyyət bacarqları: əməkdaşlarla, qonaqlarla, düzgün, qarşıya qoyulan hədəflərə çatmağa kömək olacaq, yaranan problemin həllinə gətirəcək və nəticə verəcək formada, üslubda ünsiyyət qurmaq bacarığı.
Komanda ilə işləmə bacarığı: Həm komandanın bir üzvü kimi ümumi işdə iştirak və komandaya dəstək olmaq həm də işləri komanda üzvləri ilə paylaşmaq bacarığı
Ünsiyyətçil: Həm əməkdaşlar, həm qonaqlarla ünsiyyətdən zövq almaq. Qonaqlarla ünsiyyətin qorunub saxlanması, yeni qonaqlarla ünsiyyətə açıq olmaq
Təcrübə: Təcrübə şərt deyil, ammai istənilən, xüsusilə də, əlaqəli sahələrdə təcrübə üstünlükdür.
Təhsil: Təhsil şərt deyil, amma əlaqəli sahələrdə təhsil (diplom yox, təhsil) üstünlükdür.
Telefonda və ya whasapp-da məlumat verilmir.