İş Təsviri
Boranı restoranlar şəbəkəs
Əsas vəzifə və öhdəliklər:
Restorandakı gündəlik iş axınının fasiləsiz və keyfiyyətli şəkildə davam etməsinə dəstək olmaq
Personalın iş rejiminə nəzarət,iş bölgüsü və motivasiya prosesində menecerə dəstək vermək
Müştəri şikayətlərini dinləmək,dərhal həll yolları təklif etmək və yüksək xidmət səviyyəsini qorumaq
Tədarükçülərlə əlaqə saxlamaq,ehtiyacların vaxtında və düzgün təmin olunmasını izləmək
Restoranın gigiyena və təhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək
Gündəlik satış,inventar və digər daxili hesabatların hazırlanmasında menecerə kömək etmək
Yeni əməkdaşların adaptasiyasına və təlim proseslərinə dəstək olmaq
Namizədə tələblər:
İş təcrübəsi: restoran sahəsində minimum 2 il iş təcrübəsi
Komanda idarəetmə və ünsiyyət bacarığı
Məsuliyyətli və nəticəyönümlü olmaq
Ofis proqramlarında(Excel,Word)işləmək bacarığı üstünlükdür
İş Şəraiti:
İş vaxtı: həftədə 6 gün növbəli iş rejimi
Əmək haqqı: təcrübəyə əsasən təyin olunur
Nahar ilə təmin olunma
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Supervayzer” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.