İş Təsviri
Baku Bus
Supervayzer (avtobusların daxili təmizliyi üzrə) vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
Təmizləyici briqada tərəfindən avtobusların daxilinin dərindən və keyfiyyətli təmizlənməsinə nəzarət etmək;
Təmizləmə zamanı uyğun kimyəvi vasitə, alət və avadanlıqlardan istifadə olunaraq avtobusların zədələnmədən təmizlənməsini təmin etmək;
Təmizlik üçün istifadə olunan dərman, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılmasının təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək;
Podratçı şirkətlər tərəfindən həyata keçirilən təmizlik işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və düzgün icra etmək;
Əmək və nizam-intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etmək;
Vəzifə tələbləri:
Ali və ya orta ixtisas təhsili;
Təmizlik, gigiyena nəzarəti və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi arzuolunandır;
MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı – hesabatların tərtibi üçün.
Gigiyena və təmizlik normaları, kimyəvi maddələrin təhlükəsiz istifadəsi və saxlanılması qaydaları haqqında biliklər;
Təmizlik sahəsində texniki sənədlərin və təlimatların tərtib və tətbiqi üzrə biliklər;
Nəzarət və monitorinq metodlarını bilmək;
Diqqətcil və məsuliyyətli;
Yüksək nəzarət və təşkilatçılıq bacarığı;
Stresə davamlılıq və operativ qərarvermə bacarığı;
Komandada işləmə və digər strukturlarla effektiv əlaqə yaratmaq bacarığı;
İşdə dəqiqlik, təmizkarlıq və nizam-intizamı əsas prinsip kimi görmək.
İş şəraiti:
İs yeri: Gəncə şəhəri;
İş vaxtı: növbəli iş qrafikinə uyğun;
Peşəkar,mehriban komandada iş;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.