Təkrarsığorta üzrə mütəxəssis/kiçik mütəxəssis/assistent

Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

PASHA Insurance

Vəzifə və öhdəliklər:

Şirkətin sığorta portfelinin daxilindən təkrarsığorta mühafızəsini tələb edən risklərin təkrar sığortasını təmin etmək;
Aparıcı yerli və xarici təkrarsığorta şirkətləri və brokerləri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri yaratmaq;
Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün müvafiq təqdimatların hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərmək;
Ötürülən t/s müqavilələri üzrə təklifləri diqqətlə analiz etmək və birbaşa rəhbərinin razılığı ilə müvafiq risklərin bu və ya digər şirkətdə təkrarsığortalanması barədə qərar qəbul etmək;
Fakültativ təkrarsığorta üzrə sliplər hazırlamaq, həmçinin müqavilələrin bağlanmasında iştirak etmək;
Bağlanan müqavilələrin sistemdə düzgün əksolunmasına nəzarət etmək. Tərəfindən aparılan və imzalanmış müqavilələrin sürətlərini sistemdə əks etdirmək;
Tərəfindən aparılan ötürülən t/s müqavilələri üzrə invoysların təqdim edilməsi;
Birbaşa rəhbərinin tapşırığına əsasən obliqator təkrarsığorta müqavilələrinin tərtib edilməsində iştirak etmək;
Partnyorlardan daxil olan təkrarsığortaya aid sorğuların vaxtı-vaxtında və prosedura əsasən cavablandırılması;
Daxil olan t/s müqavilələri üzrə ödənişlərin vaxtı-vaxtında köçürülməsi üçün maliyyə departamentinə lazım olan sənədləri hazırlayıb təhvil vermək;
Şöbədə istifadə olunan sənədlərin effektiv uçotunun həyata keçirilməsi;
Daxil olan təkrarsığorta risklərinin yenilənməsi prosesinə nəzarət etmək;
Kreditor və debitor borcların araşdırılmasında və əlaqələndirilməsində Maliyyə Departamentinə dəstək göstərmək;
Biliklər:

Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat;
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;
Kompüter bilikləri: Microsoft Office proqramlarından istifadə etmək bacarığı.
Təcrübə:

Sığorta sahəsində təcrübə arzuolunandır.
Bacarıqlar:

Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
Bazar üzrə araşdırma və təhlil apara bilmək;
Danışıq və təqdimat bacarığı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.