İş Təsviri
Azera Holding
“AZERA Holding” MMC tərkibindəki Katan Textile MMC-də Təchizat üzrə mütəxəssis vakansiyasını elan edir.
İş haqqında məlumat:
Şirkətin təchizat ehtiyaclarını müəyyənləşdirmək və müvafiq satınalma prosesini həyata keçirmək.
Təchizatçılarla əməkdaşlıq etmək, bazar araşdırması aparmaq və ən sərfəli şərtləri təmin etmək.
Satınalma sifarişlərini hazırlamaq, müqavilələri tərtib etmək və icrasını nəzarətdə saxlamaq.
Malların keyfiyyətini və uyğunluğunu yoxlamaq, lazımi sertifikat və sənədləri tələb etmək.
Logistika və çatdırılma proseslərini təşkil və koordinasiya etmək.
Təchizatla bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək və mümkün riskləri qiymətləndirmək.
Anbar və ehtiyatların idarə olunmasında iştirak etmək.
Namizədə tələblər:
Təhsil: Ali/ Orta təhsil
Dil bilikləri: Azərbaycan dili və türk dili, rus dili üstünlükdür.
İş təcrübəsi: Müvafiq sahədə min 1 il
Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, stressə davamlı, məsuliyyətli
MC Office və 1C proqram bilikləri
BC kateqoriyalı sürücülük vəsiqəsinin olması və avtomobil idarəetmə bacarığı üstünlükdür.
İş şərtləri:
ƏM-nə uyğun rəsmiləşdirilmə
Əmək haqqı: 1000-1200 AZN
İş yeri: Bakı şəhəri, N. Nərimanov, Ələsgər Qayıbov 1222
Müraciət üçün: CV-nizi “Təchizat üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.