Təchizatçı- Anbardar

Müraciət sonu: İyul 18, 2025
İndi Müraciət Et

İş Təsviri

SAMİRAMİS

Vəzifə öhdəlikləri:

Sifarişlərin qəbulu və düzgün təhlili;
Sifarişlərin keyfiyyətli və uyğun qiymətli mal-materiallarla (iş və xidmətlə) təmin olunması;
Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
Lazım olan mal – materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət araşdırılmasının aparılması;
Tədarükçülərlə (Mal, iş və xidmət satanlarla) müqavilələrin bağlanmasını təmin etmək;
Müqavilənin icrası uçotunun aparılması;
Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi;
Ödənişlərin nəğdsiz qaydada (köçürmə yolu ilə) aparılmasını təmin etmək;
Malların qeydiyyatının aparılması;
Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
Mal və materialların, avadanlıqların və o cümlədən tədbirdən (təmir-tikinti sahəsindən) qalan mal-materialların sayımının məsul şəxslərlə birgə aparılmasında iştirak etmək;
Firmanın balansında olan mal-materialların inventarizasiyasında iştirak etmək.
Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlama
Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
Anbardan mal çıxışına nəzarət etmək
Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək
Namizədə tələblər:

Ali təhsilli (iqtisadi və texniki təhsillilərə üstünlük verilir);
Mal – materialları tanıma bacarığı olmalı;
2 ildən az olmayaraq iş təcrübəsi;
MS Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalı;
Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Ciddi, kollektivdə işləmə bacarığı olan;
Məsuliyyətli, stresə davamlı;
Ünsiyyətcil, təşəbbüskar;
Analitik yanaşma qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Təchizatçı- Annbardar” qeyd edərək öz CV- lərini Müraciət Et düyməsində qeyd olunan e – mail ünvanına göndərməyi xahiş olunur.