Kabel məhsulları üzrə mütəxəssis

İyul 7, 2025
Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

Amper Elektrik

Əsas vəzifə öhdəlikləri:

Kabel məhsulları üzrə bazarın təhlili və satış strategiyalarının hazırlanması
Müştərilərlə əlaqələrin qurulması və idarə olunması
Texniki göstəricilərə uyğun məhsul seçimi və təqdimatı
Satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması
Təchizat, sifariş və çatdırılma proseslərinin nəzarətdə saxlanması
Rəqiblərin və bazar tendensiyalarının mütəmadi monitorinqi
Namizədə tələblər:

Ali texniki və ya iqtisadi təhsil
Kabel və elektrik məhsulları sahəsində azı 2 illik iş təcrübəsi
Satış və danışıqlar aparmaq bacarığı
Analitik düşüncə, məsuliyyət və nəticəyə yönümlülük
MS Office proqramlarında sərbəst işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dili arzuolunandır
Sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi üstünlükdür
İş Şərtlərimiz:

6 günlük iş rejimi
Əmək haqqı: 1500 AZN
Ünvan: Atyalı
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Kabel məhsulları üzrə mütəxəssis” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Əlaqəli İşlər