İş Təsviri
Mars Overseas Baku
Vəzifənin Məqsədi:
Şirkətin strateji məqsədlərinə uyğun olaraq əməkdaşların bilik, bacarıq və potensialının inkişafını təmin etmək məqsədilə təlim və inkişaf fəaliyyətlərinin planlaşdırılması, icrası və qiymətləndirilməsi.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin ehtiyaclarına əsasən illik təlim və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi
Təlim ehtiyaclarının qiymətləndirilməsi və uyğun proqramların hazırlanması
Daxili və xarici təlim təminatçıları ilə əməkdaşlığın qurulması
Təlim proqramlarının təşkil olunması və icrasına nəzarət
Təlimlərin effektivliyinin qiymətləndirilməsi və hesabatların hazırlanması
Liderlik inkişafı, mentorluq və davamlı tədris təşəbbüslərinin hazırlanması
Yeni işçilər üçün oriyentasiya proqramlarının hazırlanması və tətbiqi
İR komandası və digər departamentlərlə sıx əməkdaşlıq edərək, təşkilati inkişaf təşəbbüslərinin dəstəklənməsi
Qlobal və yerli Təlim və İnkişaf trendlərinin izlənməsi və tətbiq edilməsi
Tələb olunan bilik və bacarıqlar:
Təlim və inkişaf, insan resursları, psixologiya və ya oxşar sahə üzrə ali təhsil
Bu sahədə minimum 4 il iş təcrübəsi
Təlim ehtiyaclarının təhlili və proqramların dizaynı sahəsində təcrübə
Güclü təqdimat və ünsiyyət bacarıqları
Azərbaycan dilində səlis, ingilis dilində yaxşı danışıq və yazı bacarığı
MS Office, xüsusilə PowerPoint və Excel proqramları bilikləri
Dəyişikliklərin idarə olunması və liderlik inkişaf proqramlarının icrasında təcrübə
Beynəlxalq təlim və ya kouçinq sertifikatlarları olan namizədlərə üstünlük veriləcək
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təlim və inkişaf üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.