İş Təsviri
Ibis Baku city
Vəzifə Öhdəlikləri:
İşçi və qonaq sahələrində gündəlik təmizliyin keyfiyyətli şəkildə həyata keçirilməsi;
İstifadəyə verilmiş təmizlik ləvazimatı və avadanlıqlardan düzgün və səliqəli şəkildə istifadə olunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə icra olunması;
Günün sonunda görülən işlərin məsul şəxsə təhvil verilməsi və hesabatlılığın təmin edilməsi.
Namizədə Tələblər:
Gülərüz, səmimi və mehriban olmaq;
Komanda ilə işləmə bacarığına malik olmaq;
Mehmanxana və ya oxşar sahədə təmizlik üzrə təcrübəyə malik olmaq üstünlükdür.
İş Şərtləri:
İş rejimi növbəli iş qrafiki əsasında nizamlanır.
İşçi həftəlik iki istirahət günü ilə təmin edilir.
Qidalanma şirkət tərəfindən təmin olunur.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun şəkildə aparılır.