Tabel üzrə Mütəxəssis (Sea Breeze layihəsi üzrə)

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Qala Group

İş şəraiti:

İş yeri: Sea Breeze ərazisi, tikinti sahəsi
Struktur: Tikinti layihəsinin idarəedilməsi komandası
İşçi sayı: Təxminən 600 nəfər
Vəzifə öhdəlikləri:

Tikinti sahəsində çalışan mühəndis, iş icraçıları, usta və fəhlə heyətinin gündəlik davamiyyətinin qeydiyyatını aparmaq
Tabel uçotu sistemini dəqiq şəkildə idarə etmək və rəhbərliyə təqdim ediləcək gündəlik/aylıq hesabatları hazırlamaq
Davamiyyətə dair mənbə sənədlərinin düzgünlüyünə nəzarət etmək və mövcudluq uyğunsuzluqlarını araşdırmaq
Sahə rəhbərləri ilə əməkdaşlıq edərək real vaxtlı davamiyyət nəzarətini təmin etmək
Əməkdaşların iş rejiminə, naryad və növbəlilik sisteminə uyğunluğuna nəzarət etmək
Excel və digər elektron sistemlər vasitəsilə davamiyyət bazasının idarə olunması
Əməkdaşların giriş-çıxış və fasilə saatlarının analitik təhlilini aparmaq, uyğunsuzluqlar üzrə geribildirim vermək
Tələblər:

Tabel uçotu, davamiyyət idarəçiliyi və ya işçi heyətinin qeydiyyatı sahəsində minimum 1 il iş təcrübəsi
Əla səviyyədə Microsoft Excel bacarığı (formullar, pivot table, conditional formatting və s.)
Analitik düşüncə və detallara diqqət
Çevik, operativ və qaydalara uyğun işləmə bacarığı
Sahədə işləməyə uyğun intizamlı və məsuliyyətli yanaşma
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır)
Təklif olunur:

Böyük tikinti layihəsində təcrübə qazanmaq imkanı
Rəqabətli əməkhaqqı
Peşəkar və dinamik komanda ilə əməkdaşlıq
Gündəlik sahə təcrübəsinə əsaslanan real nəticə əsaslı iş modeli
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.