İş Təsviri
Almet Trading LLC
Namizədə tələblər
Natamam ali təhsil;
Müvafiq sahədə ən azı 1il tabelçi kimi iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır);
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (excel bilikləri əla səviyyədə);
İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
Yaş həddi: 25 yaş
Bəy namizədlərə üstünlük veriləcəkdir;
Vəzifə öhdəlikləri:
İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
Aylıq tabeli tərtib etməli;
İşçilərin davamiyyətinin yoxlanılması üçün tərtib olunan sənədə nəzarət edib işə gəlməyən işçilər haqqında məlumat əldə etməli;
Sahələr üzrə işçilərin davamiyyətinə davamlı nəzarət etməli;
İşə gəlməyən işçilər haqda dərhal İstehsalat Rəhbərinə və İR məlumat verməli;
Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə hesabat tərtib etmək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.