İş Təsviri
Cronos Construction
Tələblər:
Müvafiq sahədə ali və ya orta ixtisas təhsili;
Azı 1 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
1C 8.3 mühasibat proqramında iş təcrübəsi yaxşı səviyyədə olmalıdır;
Mühasibat uçotunu bilməli; BTP proqramında işləməyi bacarmalı;
İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
Azərbaycan dilini mükəmməl bilməlidir;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
Vəzifələr:
Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
Hesabatlarının hazırlanması (əvəzləşmələr);
Debitor və kreditorlarla üzləşmələrin aparılması;
ƏDV Depozit hesabı əməliyyatlarının icrası, Bank əməliyyatlarının işlənməsi-yerli və xarici ödəniş tapşırıqlarının hazırlanması;
Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi;
Qaimə-fakturaların yazılması, hesab-fakturaların yazılması, elektron qaimələrin kəsilməsi;
Məxfilik prinsiplərinin qorunması.
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi (saat 09:00 – 18:00);
Əmək haqqı 700 AZN təşkil edir.
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.