1C Operatoru (İstehsalat Sahəsi üçün)

İyun 3, 2025
Müraciət sonu: İyul 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Amper Elektrik

Vəzifə öhdəlikləri:

İstehsalatda materialların və məhsulların 1C sistemində qeydiyyatının aparılması;
Anbar hərəkətlərinin (gələn-çıxan məhsullar) 1C sistemində düzgün işlənməsi;
İstehsalat planlarının və sifarişlərinin 1C-də yaradılması və izlənməsi;
Hesabatların hazırlanması (anbar, istehsal, qalıq və s.);
Mühasibatlıq və istehsalat şöbəsi ilə sıx əməkdaşlıq;
Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
Tələblər:

Ali təhsil;
1C proqramı ilə iş təcrübəsi (xüsusilə “1C: Müəssisə”, “1C: Ticarət və Anbar”, “1C: İstehsalat”);
İstehsalat və anbar uçotu üzrə biliklər;
MS Office proqramları ilə işləmək bacarığı;
Dəqiqlik, məsuliyyət və diqqətlilik;
Komandada işləmək bacarığı.
İstehsalat sahəsində 1C üzrə təcrübənin olması;
İş Şərtlərimiz:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı 900 Azn (NET) + Bonus
6 günlük iş rejimi
Ünvan: Abşeron rayonu Atyalı kəndi