İş Təsviri
Prime Cotton
Təsvir
1C:ЗУП konfiqurasiyasının Azərbaycan Respublikasının lokal tələblərinə uyğunlaşdırılması və optimallaşdırılması;
Əməkhaqqı, məzuniyyət, ezamiyyət, mükafat, tutulmalar və digər kadr əməliyyatlarının avtomatlaşdırılması;
Yeni sənədlər, hesabatlar və məlumat emalı mexanizmlərinin hazırlanması;
Mövcud sistemlərdə düzəlişlər edilməsi və istifadəçi tələblərinə uyğun dəyişikliklərin tətbiqi;
İstifadəçilərə texniki dəstək göstərilməsi və istifadəyə dair təlimatların hazırlanması;
1C məlumat bazalarının ehtiyat nüsxələrinin və versiyalarının idarə olunması;
Əmək qanunvericiliyindəki dəyişikliklərin proqram təminatına düzgün şəkildə tətbiq olunması.
Təhsil və təcrübə:
Ali texniki təhsil (İT, kompüter elmləri, tətbiqi riyaziyyat və s.);
1C:Enterprise platformasında minimum 2 il iş təcrübəsi;
1C:ЗУП konfiqurasiyası ilə işləmə üzrə praktiki bacarıqlar.
Texniki biliklər və bacarıqlar:
1C proqramlaşdırma dili üzrə sərbəst işləmək bacarığı;
Hesabatlar və sənəd formalarının hazırlanması təcrübəsi;
Sistemin lokallaşdırılması və qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə bilik;
Sistem inteqrasiyası və məlumat mübadiləsi üzrə təcrübə;
Analitik düşüncə və problemi operativ şəkildə həll etmə bacarığı.
Üstünlüklər:
1C üzrə rəsmi sertifikatların mövcudluğu;
Rus dili biliyi (1C:ЗУП interfeysi ilə işləmək üçün);
HR və əməkhaqqı uçotu sahəsində biliklər;
Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.