İş Təsviri
Penoplex Prikavkazye
Qeyd – Yalnız Hacıqabul, Şirvan, Səlyan ərazilərində yaşayanlar üçün
Namizədə tələblər:
İş təcrübəsi -3 ildən az olmayaraq
6-cı dərəcəli Ekstruder maşinistinin (usta) funksional öhdəliklərini, hüquqlarını və məsuliyyətini müəyyən edir:
6-cı dərəcəli Ekstruder maşinisti (usta) vəzifəsinə ən az orta təhsili olan şəxs təyin edilir.
6-cı dərəcəli Ekstruder maşinisti (usta) aşağıdakıları bilməlidir:
Vəzifə öhdəlikləri
İstehsalatın və bütün köməkçi sistemlərin texnoloji sxemi, avadanlığın, boru kəmərlərinin, pnevmatik boru kəmərlərinin, idarəetmə pultlarının təyinatı və yeri.
Materialların müəyyən edilmiş sərfiyyatına riayət etməklə məhsulun keyfiyyətinin təmin edilməsi ilə texnoloji prosesin həyata keçirilməsi qaydaları.
Xidmət zonasına daxil olan avadanlığın quruluşu, iş prinsipi və texniki istismar qaydaları.
Polistirolun ekstrüdə edilməsinin nəzəri əsasları, əlavələrin təyinatı, normativ sənədlər, hazır məhsul və ilkin komponentlərlə bağlı tələblər.
Xidmət zonasına daxil olan avadanlığın işə salınması, sazlanması, plana uyğun və qəza vəziyyətində dayandırılması qaydaları, onun təmirə hazırlanması qaydası.
Növbə ərzində material sərfiyyatının uçotunun aparılması və maddi balansların tərtib edilməsi.
Daxili əmək intizamı, növbənin təhvil-təslim qaydaları, əməyin mühafizəsi üzrə təlimatlar.
İş şəraiti
İş rejimi: – 2 növbəli: 2 gün 8.00-20.00, 2 gün 20.00-08.00, 2 gün istirahət
Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur
İş yeri: Hacıqabul sənayə parkı, “Penoplex Prikavkazye” zavodu
Əmək haqqı: 700-1200 manatdan ibarətdir (ayda işlədiyi saatlardan aslı olaraq)
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş olunur